İngiltərə nəhəngi “Liverpul” mövsümün sonunda “Brayton”un gənc vingeri Yakuba Minteyi heyətinə qatmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, “365 Scores” nəşrinin məlumatına görə, “Brayton” rəhbərliyi 21 yaşlı ulduz üçün 100 milyon avro tələb edib. Bu məbləğ “Liverpul” rəhbərliyi üçün hazırda olduqca yüksək hesab edilir və klub danışıqlar prosesində gözləmə mövqeyi tutub.
Yakuba Mintey bu mövsüm “Brayton”da parlaq çıxışı ilə diqqət çəkib. Onun sürəti, texniki bacarığı və bir-birinə qarşı oyunlarda effektivliyi Premyer Liqanın bir çox klubunun marağına səbəb olub. “Liverpul” isə onu gələcək üçün potensial əsas hücum silahı kimi görür.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var