Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, idmançımız final görüşündə Polşa təmsilçisi Yakub Sordili məğlub edərək Avropa çempionu tituluna yiyələnib.
Digər finalçımız Ömər Rəcəbli (81 kq) isə italiyalı Manuel Parlatiyə uduzaraq gümüş medal qazanıb.
Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) üçüncü yer uğrunda qarşılaşıblar. Bu görüşdə Kotsoyev qalib gələrək bürünc medalın sahibi olub.
Qeyd edək ki, yarışın əvvəlki günündə Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) da Avropa çempionu adını qazanmışdı.