"Araz-Naxçıvan" futzal komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, Naxçıvan təmsilçisi 7-ci qrupdakı son oyununda Niderland çempionu "Tigers Roermond"u 3:2 hesabı ilə məğlub edib.
Bu qələbə sayəsində 7 xal toplayan "Araz-Naxçıvan" qrup lideri olaraq növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda turnirdəki ilk matçında yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubuna 2:1 hesabı ilə qalib gəlib, ikinci görüşdə isə Lüksemburq təmsilçisi "Differdanje 03" ilə 2:2 hesablı heç-heçə edib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var