“Sumqayıt” FK 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Klub son olaraq Türkiyənin “Sakaryaspor” komandasında çıxış etmiş Konqo millisinin mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, kluba azad agent kimi keçib.
Qeyd edək ki, Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var