01 noyabr 2025 18:57
122

MPL: “Neftçi” “Kəpəz”ə 5 qolla qalib gəldi

Misli Premyer Liqasında 10-cu turunda “Neftçi” “Kəpəz”i qəbul edib.

İki sahil”in məlumatına görə, qarşılaşmanın 18-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı açıb. 23-cü dəqiqədə isə Vensan Abubakar bakılıların üstünlüyünü iki topa yüksəldib.

Yarışın 73-cü dəqiqəsində Bassala Sambu “Neftçi”nin üçüncü qolunun müəllifi olub. 76-cı dəqiqədə Sadiq Şəfiyev buraxılan qollardan birinin əvəzini çıxsa da 87-ci dəqiqədə dubl edən Bassala Sambu komandasının üstünlüyünü yenidən üç topa yüksəldib.

Oyunda son nöqtəni 90+1-ci dəqiqədə Freddi Varqas qoyub – 5-1.

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (şənbə)

17:00. “Neftçi” 5-1 “Kəpəz”

Qollar: Emin Mahmudov, 18-pen. (1-0), Vensan Abubakar, 23, (2-0), Bassala Sambu, 73 (3-0), Sadiq Şəfiyev, 76 (3-1), Bassala Sambu, 87 (4:1), Freddi Varqas, 90+1 (5:1)

Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Palms Sports Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”