Türkiyənin TRT kanalı “Qarabağ” komandasının UEFA Çempionlar Liqasındakı növbəti oyununu da diqqət mərkəzində saxlayır.
Qardaş ölkənin dövlət kanalı noyabrın 5-də “Qarabağ”ın “Çelsi” ilə oyununu canlı yayımla nümayiş etdirəcək. Amma bu, son deyil.
“Kopenhagen”lə matçda olduğu kimi, “Çelsi” ilə görüş üçün də “TRT Spor”un jurnalist və ekspertləri Bakıya gələcək, oyundan əvvəl və sonra Tofiq Bəhramov adına Respublika stadionundan canlı reportaj edəcək, müsahibələr edəcək.
Qeyd edək ki, TRT adətən Türkiyənin öz klublarının oyunlarını bu şəkildə yaxından işıqlandırır.
QOL.az
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var