Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək.
“İki sahil” xəbər verir ki, noyabrın 11-də keçiriləcək yarış Badamdar ərazisində baş tutacaq.
Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq, həmçinin Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yad etməkdir.
Çempionatda ölkənin ən güclü motokross idmançıları ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Yarış günü tamaşaçılar həyəcanlı yarış mərhələləri, nümayiş çıxışları, moto-şou və motosiklet sərgilərinə şahidlik edəcəklər.
Qeyd edək ki, ənənəvi xarakter daşıyacaq Motokross Çempionatının gələcək illərdə də Zəfər Gününə həsr olunmaqla silsilə şəkildə keçirilməsi planlaşdırılır.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var