Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
“İki sahil” xəbər verir ki, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.
Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandanın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan - Tacikistan
6 noyabr
15:00. Azərbaycan - İran
9 noyabr
18:00. Azərbaycan - Türkiyə
12 noyabr
15:00. Azərbaycan - Əfqanıstan
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var