Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Alpinizm Federasiyasının prezidenti Muxtar Babayev Bakıda təşkil edilən idman dırmanması üzrə ölkə çempionatının açılış mərasimində çıxışı zamanı deyib.
O, idmanın gənclərin sağlam həyat tərzi keçirməsinə kömək etdiyini bildirib: “Çempionatda peşəkar və yüksəksəviyyəli idmançılar mübarizə aparırlar. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində idman növləri ölkəmizdə ildən-ilə inkişaf edir. Ölkə çempionatının Zəfər Günü ərəfəsində təşkili xüsusi məqamdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışa noyabrın 2-də yekun vurulacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var