İki ölkə arasında münasibətlər həm idman, həm də digər sahələrdə yüksək səviyyədə inkişaf edir.
“İki sahil” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanla Özbəkistanın qadınlardan ibarət şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimində deyib.
O, ölkələr arasında idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib: “Bu yaxınlarda Özbəkistanda səfərdə olmuşdum. Sevindirici haldır ki, idmanda çox irəliləyişlər əldə ediblər. İnanıram ki, əməkdaşlığımız sayəsində gələcəkdə qələbələrimiz daha çox olacaq”.
Qeyd edək ki, İspaniyanın Linares şəhərində keçiriləcək mundiala 12-ci vəsiqənin sahibi Azərbaycan və Özbəkistan komandalarının seçmə matçında məlum olacaq. İki gün ərzində rapid yarışının yekun nəticəsində qalib gələn yığma dünya çempionatına vəsiqə qazanacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var