Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.
“İki sahil” Manset.az-a istinadla xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin müvafiq Əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib.
Digər Əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub.
Xatırladaq ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva da bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.
Sudanın Azərbaycandakı səfirliyində Əl-Faşerdə törədilən soyqırımla bağlı mətbuat konfransı keçirilib
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında Azərbaycan da təmsil olunub