01 noyabr 2025 11:51
113

Nazir: Azərbaycanda gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir

Azərbaycanda gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir.

“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu - EYBF2025-də çıxış edərkən deyib.

Nazir qeyd edib ki, Azərbaycanda innovasiya və sahibkarlığın inkişafı ilə bağlı müxtəlif forumlar keçirilir: "KOBİA tərəfindən bu günə qədər gənclər üçün 4 forum keçirilib. Azərbaycanda müxtəlif beynəlxalq forumlar təşkil olunur. Bu cür forumlar gənc sahibkarların dünyaya tanıdılmasında mühüm rol oynayır", - deyə nazir qeyd edib.