Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu “CNN Türk” verdiyi açıqlamada hakimlərə aid mərclər qalmaqalı ilə bağlı aparılan araşdırmanın genişləndirildiyini bildirib.
“İki sahil” xəbər verir ki, indi də növbə futbolçulara çatıb. Onların sayı 3 min 700 nəfərdir.
Hacıosmanoğlu qeyd edib ki, aprel ayında aparılan ilkin yoxlamada “Ankaraspor” - “Nazilli” görüşünün nəticəsindən hər iki tərəfin fayda götürüb və məsələ ilə bağlı dərhal tədbir görülməsi üçün göstəriş verilib. “Hər iki tərəfdən də həmin matça mərclər edilmişdi. Biz tərəf olaraq maksimum həddə cəza tətbiq etdik”.
TFF prezidenti əlavə edib ki, ilkin mərhələdə araşdırma hakimlərlə bağlı olsa da, bu, genişlənərək futbolçulara da şamil edilib: “Hakimlərlə başladıq, indi növbə futbolçulardadır. 3 min 700 nəfər futbolçu ilə bağlı araşdlrma aparılır”.
Xatırladaq kj, dünən Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 149 hakimin 8-12 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var