01 noyabr 2025 09:05
149

MPL: “Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı

Misli Premyer Liqasında 10-cu tur davam edir. 

“İki sahil” xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. 

Əvvəlcə “Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edəcək. 9 turdan sonra 5 xalı olan Yevlax klubu 9-cu pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 16 xalla üçüncüdür. 

Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkəcək. Hazırda “ağ-qaralar” 12 xalla turnir cədvəlində 8-ci yeri tutur. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanacağı halda “Neftçi” turnir cədvəlində iki pillə irəliləyəcək. “Kəpəz” isə 3 xalla sonuncudur. 

Misli Premyer Liqası 

10-cu tur

1 noyabr (şənbə)

14:00. “Karvan-Yevlax” - “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

17:00. “Neftçi” - “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
“Palms Sports Arena”

2 noyabr (bazar) 

16:00. “Turan Tovuz” - “Şamaxı”

18:30. “Sumqayıt” - “Araz-Naxçıvan” 

3 noyabr (bazar ertəsi) 

19:30. “Sabah” - “Qəbələ"

31 oktyabr (cümə)

“Qarabağ” - “İmişli” - 2:0