31 oktyabr 2025 20:49
190

Nazirlərin görüşü Türkiyədə keçiriləcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar ertəsi Qəzza zolağında atəşkəs və vəziyyətin nizamlnması üzrə əlavə addımları müzakirə etmək üçün bir neçə ölkənin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini açıqlayıb.

“İki sahil” "Al Arabiya"ya istinadla xəbər verir ki, Fidan Ankarada keçirdiyi mətbuat konfransında görüşdə daha əvvəl - sentyabr ayında Nyu Yorkda ABŞ Prezidenti Donald Trampla görüşmüş xarici işlər nazirlərinin iştirak edəcəyini bildirib.

O, müzakirələrin atəşkəsin qorunması, eləcə də Qəzza üzrə işçi qrupunun yaradılması və sabitləşdirmə qüvvələrinin formalaşdırılması məsələlərinə yönələcəyini bildirib.

Türkiyə XİN başçısı vurğulayıb ki, Ankara atəşkəs rejiminin qorunub saxlanmasından narahatdır.