31 oktyabr 2025 20:07
135

Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb

Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov xarici diplomatların Cəbrayıl və Zəngilana səfərini maarifləndirici adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə diplomat "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, səfərdə iştirak edənlər regional inkişaf və bərpa layihələri (Şərqi Zəngəzurda - red.) haqqında dəyərli məlumatlar və həmçinin mövcud vəziyyət barədə məlumat əldə ediblər.

"Səmimi qonaqpərvərliyə və məlumatverici brifinqlərə görə minnətdarıq - regional inkişaf və bərpa haqqında vacib məlumatlar əldə etdik", - səfir bildirib.