Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.
Görüş Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.
C.Bayramov Özbəkistanı bu nüfuzlu qlobal tədbirə uğurla ev sahibliyi etməsinə və mükəmməl təşkilinə görə səmimi qəlbdən təbrik edib.