Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailə könüllüləri” layihəsi çərçivəsində “Xeyirxahlıq ailədən başlayır” adlı təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd ailələr arasında könüllülük fəaliyyətini təşviq etməklə ailə institutuna sosial və psixoloji dəstək göstərmək, həmçinin ailə dəyərlərinin möhkəmləndirilməsinə dair yeni təşəbbüsləri formalaşdırmaqdır.
Təlimdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, “Ailə könüllüləri” layihəsi sadəcə bir təşəbbüs deyil, dərin ictimai əhəmiyyət daşıyan bir hərəkatdır. Bu layihə ailə dəyərlərinin, milli-mənəvi ənənələrin qorunub saxlanmasına və cəmiyyətdə ailənin rolunun güclənməsinə mühüm töhfə verəcək.
Paytaxt və bölgələri təmsil edən könüllü ailələr və sosial məsələlər üzrə mütəxəssislərin iştirak etdiyi təlimdə könüllülük mədəniyyəti, çətin həyat şəraitində olan ailələrə dəstək mexanizmləri, eləcə də ailədaxili münasibətlərdə effektiv ünsiyyət mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.
Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb