24 və 27 oktyabr 2025-ci il tarixlərində Oğuz və Daşkəsən rayonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən seminarlar keçirilib.
Seminarların keçirilməsində məqsəd bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmənin genderə həssas yanaşma, gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi və bələdiyyələrin bu sahədə maarifləndirilməsidir.
Ekspert Abil Bayramov tərəfindən keçirilən seminarlarda bələdiyyə sədrləri və üzvləri iştirak ediblər. Növbəti seminarların Ağsu, Ucar və Kürdəmir rayonlarında keçirilməsi planlaşdırılıb.











Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb