Ölkə üzrə çağrı xidmətinin "Regional çağrı mərkəzləri" formatında qurulması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər qurulacaq Abşeron çağrı mərkəzi yeni ştat cədvəlinə əsasən komplektləşdirilir:
"İlin sonuna qədər yeni proqram təminatının Abşeron Çağrı mərkəzində qurulması və tətbiqi prosesi bitir. Bu il rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi stansiyalarında çağrı xidmətinin keyfiyyəti artırılır. 2026-cı ilin ilk yarısında rayon stansiyalarındakı koordinatorların yeni proqram təminatına uyğunlaşdırılması prosesi yekunlaşacaq".
E.Məmmədli bildirib ki, gələn ilin sonuna qədər ölkə üzrə regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq.
Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi üzrə seminarlar davam edir
Eldar Əzizov qış mövsümünə hazırlıq və Yeni il tədbirlərinin keçirilməsi ilə bağlı tapşırıqlar verib
Həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır
TƏBİB-in icraçı direktoru: Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur