Bakıda 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ("Medinex 2025") keçirilir.
“İki sahil” xəbər verir ki, tədbir səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirir.
Dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları, bu sahənin son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi fonunda keçirilən "Medinex" sərgisi innovasiyaların, bilik mübadiləsinin və yeni əməkdaşlıqların təşviqinə xidmət edir.
Tədbirdə Azərbaycanla yanaşı, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan 80-ə yaxın şirkət iştirakını təsdiqləyib. İtaliya, Misir, Oman və Ukrayna "Medinex" sərgisində milli pavilyonlarla təmsil olunurlar.
Qeyd edək ki, "Medinex" sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir.
Həkimlərin və orta tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı layihələr hazırlanır
TƏBİB-in icraçı direktoru: Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur
TƏBİB: Gələn ilin sonuna regional çağrı mərkəzlərinin yaradılması prosesi yekunlaşacaq