Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Tovuz şəhər Elməddin Nəsibov küçəsində qeydə alınıb. Belə ki, "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Z. Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC
Çap və onlayn mediada Azərbaycan dilinin düzgün istifadəsinə nəzarət gücləndirilir
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Qazax–Tovuz bölgəsində keçirilib - FOTO