16 oktyabr 2025 20:32
144

Rusiya və Serbiya optimal həll yolu axtarır

Rusiya və Serbiya ABŞ-ın Serbiya neft sənayesi (NIS) şirkətinə qarşı sanksiyalarından irəli gələn problemlərin məqbul həllini axtarır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu abrədə Rusiya Xarici İşlər Nazirliyi bəyan edib.

“Mövcud şəraitdə biz və serb tərəfdaşlarımız Amerika administrasiyasının süni şəkildə yaratdığı problemləri aradan qaldırmaq üçün optimal həll yolu axtarmağa məcburuq... Qarşıda çətin iş gözləyir”, - deyə nazirliyin sözçüsü Mariya Zaxarova bildirib.

Bundan əvvəl Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyanın NIS-dəki payını almağı təklif etmişdi.