16 oktyabr 2025 11:05
109

Milli Məclisin deputatı Səbinə Xasayeva seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Görüşdə  YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirak edib.