15 oktyabr 2025 23:20
121

HƏMAS daha iki girovun meyitini İsrailə təhvil verəcək

HƏMAS bu gün daha iki ölən girovun meyitini təhvil verəcəyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times of Israel" hərəkatın rəsmi açıqlamasına istinadla məlumat yayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin yüksək rütbəli rəsmisi portala iki girovun meyitini alacaqlarını gözlədiklərini təsdiqləyib. HƏMAS onların adlarını açıqlamayıb.

HƏMAS daha əvvəl 8 nəfərin meyitini İsrailə qaytarıb.