15 oktyabr 2025 12:52
125

Ukrayna üç illik müharibə planlaşdırır - Polşanın xarici işlər naziri

Ukrayna üç illik müharibə planlaşdırır

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Polşalı nazir Avropanı da eyni şəkildə hərəkət etməyə və Ukraynada daha üç il davam edəcək münaqişəyə hazırlaşmağa çağırıb.

"Ukraynalılar bu müharibəni üç il planlaşdırır, bu, ağlabatandır", - Sikorski qeyd edib.