15 oktyabr 2025 12:37
126

Rutte: "Tomaqavk"ın Ukraynaya çatdırılması NATO iclasında müzakirə edilməyəcək

NATO-nun baş katibi Mark Rutte bildirib ki, “Tomaqavk” qanadlı raketlərinin Ukraynaya çatdırılması NATO müdafiə nazirləri və Təmas Qrupunun Brüssel görüşündə müzakirə olunmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Onun sözlərinə görə, belə bir qərar ABŞ səviyyəsində qəbul edilir və Brüssel danışıqlarının gündəmində deyil. Rutte vurğulayıb ki, bu, ikitərəfli məsələdir və yalnız bir ölkə raketlərin digərinə mümkün ötürülməsi barədə qərar verə bilər.

"Bu gün bununla bağlı heç bir müzakirə olmayacaq", - baş katib bildirib.