15 oktyabr 2025 12:11
132

Novak: Qlobal neft istehlakı hələ də pik həddə çatmayıb

Qlobal neft istehlakı yalnız gələcəkdə artacaq, pik tələbat hələ də əldə olunmayıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksandr Novak  Rusiya Enerji Həftəsində bildirib.

Novak bildirib ki, tələbatın artması müşahidə edilir.

O, aydınlaşdırıb ki, 2024-cü ildə artım sutkada 1,3 milyon barel səviyyəsində qiymətləndirilir.