15 oktyabr 2025 11:05
140

Gürcüstanın Baş naziri Finlandiya XİN başçısı ilə görüşünü ləğv edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hazırda ölkədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə görüşünü ləğv edib.

“İki sahil” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin bəyanatında deyilir.

"Bu qərar Elina Valtonenin qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar yayması ilə əlaqədar qəbul edilib", - məlumatda qeyd olunur.

Dünən Elina Valtonen Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etirazçılarla görüşüb.