"Euronews" telekanalında Azərbaycanın KOB ekosistemi, KOB-lara dəstək məqsədilə tətbiq edilən innovativ dövlət dəstəyi mexanizmləri barədə süjet yayımlanıb.
“İki sahil” xəbər verir ki, video materialda ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi KOB-ların inkişafına xüsusi önəm verildiyi qeyd edilir, bu sahədə KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətindən bəhs olunur.
Süjetdə biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, onlara asan və rahat çıxışın təmin olunmasında KOB evi modeli xüsusi olaraq vurğulanır.
Materialda həmçinin KOBİA-nın bazarlara çıxış və satış imkanlarının artırılması və digər dəstək mexanizmlərindən yararlanmış qadın sahibkarın fikirlərinə və uğur hekayəsinə yer verilib.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq