"Biz daha bir müharibəni həll etdik - Ermənistanla Azərbaycan arasında".
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.
Ermənistanla Azərbaycan arasında münaqişənin həllindən danışan Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşünü xatırlayıb:
"Mən onlarla Oval Ofisdə görüşəndə bir-birinə əks tərəfdə oturmuşdular. Təxminən 31 il vuruşdular, amma işimizi bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox yaxşı anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, inanılmazdır", - deyə Tramp əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib YENİLƏNİB-6
Tramp Yaxın Şərq Sülh Sammitində Azərbaycanla Ermənistan arasında münaqişənin həllindən danışıb
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - YENİLƏNİB/FOTO