Azərbaycan Nəqliyyat və Kommunikasiua Holdinqində (AZCON) Asiya İnkişaf Bankının bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə AZCON-un Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında paylaşım edib.
"AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə etdik. "Hökumət buludu", hava nəqliyyatı, metro, dəmir yolu və avtomobil nəqliyyatı kimi strateji sahələr üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.
Milli Biznesin İnkişafı Forumunda “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi müzakirə olunub
Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib