"Schlumberger" şirkəti Qarabağ bölgəsinin geotermik imkanlarını araşdırır.
“İki sahil” xəbər verir ki, bunu "Schlumberger"in (SLB) idarəedici direktoru, xanım Codi Vud "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə (BCAW2025) 2-ci günündə deyib.
"Biz yaşıl enerji zonasında Qarabağ bölgəsində geotermik imkanları araşdıraraq üçün "SOCAR Green" ilə sıx əməkdaşlıq edirik. Çoxunuzun bildiyi kimi, orada çoxlu vulkanik fəaliyyət və isti bulaqlar mövcuddur. Su 100-150 dərəcə selsi ola bilər. Bu o deməkdir ki, ənənəvi buxar enerjisi və ya geoenerji, evlərin, istehsal obyektlərinin birbaşa qızdırılması, müxtəlif mövzular üçün potensial var. Beləliklə, burada, Azərbaycanda da yaxşı imkanlar var", - deyə o əlavə edib.
C, Vud bildirib ki, dünya miqyasında SLB-nin karbontutma texnologiyası mövcuddur: "Karbonun tutulması və saxlanılması mühüm əhəmiyyət kəsb edir. Bu gün mövcud olan quyularla, yeraltı proseslər haqqında biliyimizlə birlikdə işləyərək bunu necə irəli apara biləcəyimizi anlamağa çalışırıq. Bizim əslində bu gün dünya üzrə həyata keçirilən üç layihəmiz var. Beləliklə, bu texnologiyanı daha da inkişaf etdirmək üçün Azərbaycana da gətirə bilərik".
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Milli Biznesin İnkişafı Forumunda “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi müzakirə olunub
Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib