Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (272,3 milyon ABŞ dolları) məxsus olub.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (190,5 milyon ABŞ dolları), "AzerGold" QSC (148 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqi idarəetməsindəki "Azəralüminium" MMC (82,9 milyon ABŞ dolları), SOCAR-ın Qaz İxrac İdarəsi (47,1 milyon ABŞ dolları), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (26 milyon ABŞ dolları), "SOCAR-Dalğıc" MMC (1,9 milyon ABŞ dolları), "Azərbaycan Dəmir Yolları" QSC (ADY, 1,5 milyon ABŞ dolları), Prezidentin İşlər İdarəsinin tabeliyindəki "İstisu Mineral Su Zavodu" MMC (780,4 min ABŞ dolları) və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (594,5 min ABŞ dolları) qərarlaşıb.
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Milli Biznesin İnkişafı Forumunda “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi müzakirə olunub
Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib