Dünyada "Yaşıl keçid" dövlətlərin maraqları ilə bağlıdır.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.
Onun sözlərinə görə, burada əsas amillərdən biri geosiyasətdir: "Çünki bu, hökumətlərarası bir prosesdir. Geosiyasətdə isə çox incə mexanizmlər var. Amma sonda bu, cəmiyyətin-xüsusilə gənclərin və uşaqların -qərarına bağlıdır. Məncə, bu, bütün dünyada belədir".
E.Soltanov qeyd edib ki, dövlətlər öz maraqlarını düşündüyünə görə, "yaşıl keçid" də müəyyən dərəcədə milli maraqlarla üst-üstə düşməlidir: "Biz şanslıyıq ki, bir çox hallarda "yaşıl keçid" həm texnoloji innovasiya, həm də iqtisadiyyata töhfə baxımından ölkələrin milli maraqlarına xidmət edir. Bəzi ölkələrdə bu, açıq şəkildə enerji təhlükəsizliyi və özünütəminat məsələsidir. Ona görə də, ümumilikdə baxdıqda, milli maraqla qlobal məqsədlər arasında kifayət qədər uyğunluq var. İkinci məqam budur: heç bir hökumət və ya hökumətlər bu prosesi lazım olan sürətlə tək irəlilədə bilməz. Sürət isə 2050-ci ilə qədər xalis sıfır emissiya və 1,5 dərəcə hədəfidir. Bu baxımdan, hökumətlərin rolu özəl sektoru açmaqdır. Başqa yol yoxdur. Çünki bazar qüvvələri işə qoşulmayınca, həll mümkün deyil".
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Milli Biznesin İnkişafı Forumunda “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi müzakirə olunub
Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan nümayəndə heyəti “AgriteQ 2026” və III Məkkə Halal Forumunda iştirak edib