Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.
Anar Quliyev italiyalı səfirlə şəhərsalma və memarlıq sahələrində əməkdaşlığı müzakirə edib
Tovuzda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib