Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.
Şübhəli Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb
Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq