15 sentyabr 2025 10:45
107

Azərbaycan və Ukrayna İrpendə mədəniyyət obyektlərinin tikintisi ilə bağlı saziş imzalayacaqlar

Ukrayna hökuməti Azərbaycanla İrpen şəhərində mədəniyyət evi, uşaq-gənclər idman məktəbi və incəsənət evinin tikintisi ilə bağlı saziş bağlamaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Sentyabrın 10-da Ukrayna hökuməti tikinti layihəsinin hazırlanması üzrə Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti formalaşdırıb.

Danışıqlarda Ukrayna tərəfinə icmaların və ərazilərin inkişafı nazirinin müavini Marina Denisyuk rəhbərlik edəcək.