Myanmanın etnik azlığının silahlı qruplaşması olan "Arakan Ordusu" hökumət ordusunun ölkənin qərbindəki Rakhayn ştatına endirdiyi aviazərbə nəticəsində azı 19 tələbənin öldüyü, 22 nəfərin yaralandığı bildirib.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, zərbə cümə gününə keçən gecə Kyaukto qəsəbəsində iki təhsil müəssisəsinə endirilib. Nəticədə 15-21 yaşlı tələbələr ölüb.
"Myanmar Now" nəşri bildirir ki, tələbələr yatarkən hərbi təyyarə məktəbə 500 kiloluq iki bomba atıb.