11 sentyabr 2025 13:40
117

Bizə görə təhsil eksperti yoxdur, mütəxəssis var - Emin Əmrullayev

Bizə görə təhsil eksperti yoxdur.

“İki sahil” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Onu siz qəbul etmisiniz və elə təqdim etmisiniz. Bizə görə təhsil mütəxəssisləri var. Təhsil ekspertləri təhsili daha yaxşı etmir. Onların qaldırdığı problemlər doğrudur. Aralarında hörmət etdiyim şəxslər də var. Amma adam özü-özünə ad qoyub və siz də bunu qəbul etmisiniz", - deyə əlavə edib.