Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq, bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal edilir.
Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Sürücülərin NƏZƏRİNƏ! Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub