09 sentyabr 2025 11:19
119

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot həlak olub

Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Kənd təsərrüfatı işləri aparılarkən "Rodnik" ASC ərazisində "An-2" hava gəmisi qəzaya uğrayıb. Pilot həlak olub", - məlumatda bildirilib.