Sumqayıtın bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
Qeyd edilib ki, sentyabrın 9-da saat 11:00-dan etibarən, balans qovşaqlarında aparılan yenidənqurma işləri və tənzimləyici şkafın ləğv edilməsi ilə əlaqədar Sumqayıt şəhərinin 15-ci və 36-cı məhəllələrində qaz təchizatında məhdudiyyətlər olacaq.
İşlər tamamlanana qədər ümumilikdə 1200 abonentin qaz təchizatı dayandırılacaq.
Sürücülərin NƏZƏRİNƏ! Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub