Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
“İki sahil” xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sürücülərin NƏZƏRİNƏ! Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub