"Drujba" neft kəmərinə hücumdan sonra Macarıstan və Slovakiya Ukrayna ilə bağlı siyasətlərinə yenidən baxmalıdır.
“İki sahil” xəbər verir ki, bu fikri Geostrateji Araşdırmalar Mərkəzinin jurnalisti və analitiki Lukas Leiros "Strateji Mədəniyyət" üçün yazdığı məqalədə bildirib.
"Strateji dəyişikliyin vaxtıdır. Slovakiya, Macarıstan və ola bilsin ki, Polşa Ukrayna ilə bağlı xarici siyasətinə yenidən baxmalıdır", - o qeyd edib.
Jurnalist iqtisadi və enerji intiqamını qanuni və zəruri adlandırıb.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin "Drujba" infrastrukturuna zərbələri Macarıstan və Slovakiyaya hücum kimi qiymətləndirilə bilər.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur