05 sentyabr 2025 14:16
179

Tramp şəxsi söhbətlərində Putinə...

ABŞ prezidenti Donald Tramp şəxsi söhbətlərində Rusiya prezidenti Vladimir Putinlə münasibətləri korlamamaqda qərarlı olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika liderinin bəyanatları ilə tanış olan iki mənbəyə istinadla NBC News telekanalı məlumat yayıb.

Donald Tramp özünü həm Rusiyanın, həm də Ukraynanın etibar edə biləcəyi vasitəçi kimi göstərir. Hesabatda deyilir ki, bu halda Vladimir Putinlə münasibətləri saxlamaq ABŞ lideri üçün potensial üstünlükdür.

Bundan əlavə, Rusiyaya qarşı hər yeni sanksiyalar ABŞ prezidentinin “ədalətli vasitəçi” rolunu təhdid edir”, – "NBC NEWS"un mənbəsi bildirib.