Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda sürücü polisə müraciət edərək “VAZ-2106” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı C. Qurbanov saxlanılıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sürücülərin NƏZƏRİNƏ! Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub