İndiyədək ölkə ərazisində 108 min 255 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Dövlət Vergi Xidmətindən "İki sahil"ə bildirilib ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard manat, yaxud 12,3 faiz çoxdur.
Qax və Salyanda “Üzüm bağlarında quru budama qaydaları” mövzusunda tarla seminarları keçirilib
Rəqəmsal iqtisadiyyatın inkişafı sosial-iqtisadi siyasətin əsas hədəflərindəndir - Mikayıl Cabbarov