05 sentyabr 2025 11:00
174

Ukrayna Rusiyanın neft emalı zavoduna və bazasına zərbə endirib

Ukrayna Ordusu pilotsuz uçuş aparatları vasitəsilə Ryazandakı neft emalı zavoduna, eləcə də Rusiya qoşunlarının nəzarətində olan Luqanskdakı neft bazasına zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Pilotsuz Sistem Qüvvələrinin komandanı Robert Brovdiyə istinadən xəbər verir.

Onun sözlərinə görə, Ryazan neft emalı zavodu ildə 17,1 milyon ton emal gücünə malikdir. "Zərbə Xüsusi Əməliyyat Qüvvələri və Kəşfiyyat Baş İdarəsi ilə əlaqələndirilmiş qaydada endirilib", - R.Brovdi yazıb.