04 sentyabr 2025 17:10
121

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.

Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq.